Xəbər lenti

Krım tatarlarının lideri: “Bu, Putin üçün çətin olardı, əgər...”

Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkə Konstitusiyasında Krım tatarlarına muxtariyyət statusunun verilməsi barədə mövqeyi qətidir.

Publika.az turantoday.com saytına istinadən xəbər verir ki, bu haqda Krım tatarlarının lideri, Ukrayna deputatı Mustafa Cəmilov bildirib.

Onun sözlərinə görə, Krım tatarlarına muxtariyyət statusunun verilməsi o qədər də asan olmayacaq.

“Biz on gün əvvəl bu mövzuda prezidentlə danışdıq. Prezidentin mövqeyi bu mövzuda qətidir. Amma biz bilirik ki, bu, prezidentin fərmanı ilə deyil, parlamentin qərarı ilə həll edilir. Güman edirəm ki, bu mərhələdə böyük çətinliklərlə rastlaşacağıq”, - Cəmilov deyib.

Krım tatarlarının liderinin fikrincə, Konstitusiyaya dəyişikliklərə ən çox “qonşu ölkənin göstərişi ilə səs verənlər” (Rusiya nəzərdə tutulur –red.) mane olacaqlar: “Müxalifət səs verməyəcək, çünki onlar yarımadanı işğal etmiş qonşu ölkədən gələn göstərişə əsasən səs verirlər. Bundan başqa, “Qarşılıqlı yardım” və Radikal Partiya kimi siyasi güclər deyirlər ki, unitar dövlətdə muxtar respublikanı yaratmaq lazım deyil, hansısa mədəni muxtariyyət lazımdır”.

Onun sözlərinə görə, məhz yerli xalqın mövzusu gələcəkdə Krımın qaytarılması üçün əsas alət olacaq: “Krım tatarlarına muxtariyyət statusu vaxtında verilsəydi, düşünürəm ki, Putin üçün işğal çətin olardı”.

Qeyd edək ki, Krım 2014-cü ildə Kiyevdəki Maydan hadisələri və hakimiyyət dəyişikliyindən sonra Rusiya tərəfindən ilhaq edilib.




Ana səhifəyə qayıt        Baxış: 721          Tarix: 30-08-2017, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma