Xəbər lenti

 Cənubi Koreya sahillərində balıqçı gəmisi barja ilə toqquşub.

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb.

 Məlumata əsasən, qəza Pxoxan şəhəri yaxınlığında qeydə alınıb. Balıqçı gəmisinin göyərtəsində olan 2 nəfəri xilasedicilər sudan çıxarıb. Onlar dərhal xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Bir nəfər itkin düşən şəxsin axtarışları davam etdirilir.

 Qəzanın səbəbləri araşdırılır. 




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 31-08-2017, 07:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma