Xəbər lenti

orteqa

“Forbes”in versiyasına əsasən, İspaniyanın “Inditex” şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa dünyanın ən zəngin insanına çevrilib.

Buna A.Orteqaya məxsus şirkətin səhmlərinin qiymətinin kəskin artması səbəb olub. Nəticədə o, “Microsoft”un yaradıcısı Bill Qeytsi üstələyib.

Hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son bir ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib. O, bundan əvvəl iki dəfə – 2015-ci və 2016-cı illərdə “Forbes” jurnalının reytinqində qısa müddət ərzində 1-ci yerə yüksəlib./Azərtac/




Ana səhifəyə qayıt        Baxış: 699          Tarix: 31-08-2017, 23:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma