Xəbər lenti

 

İran parlamentinin azərbaycanlı deputatı Quliullah Quluzadə Araz çayında balıqların kütləvi tələf olmasına münasibət bildirərkən Ermənistanı Araz çayını çirkləndirməkdə günahlandırıb.

Deputat bu barədə “Fars” xəbər agentliyinə açıqlamasında bildirib:

“Ermənistanın mis və qızıl zavodu Araz çayını olduqca çox çirkləndirir. Mən bununla bağlı xarici işlər naziri ilə də danışmışam, hətta parlamentdə energetika və xarici işlər nazirlərinə dəfələrlə xəbərdarlıq etmişəm”.

Buna baxmayaraq azərbaycanlı millət vəkili Araz çayında Xudafərin körpüsünə yaxın bir yerdə çox sayda balığın tələf olmasını təkcə Ermənistan zavodlarının tullantıları ilə əlaqələndirməyib:

“Balıqların kütləvi tələf olmasını birbaşa Ermənistanın Araz çayını çirkləndirməsi ilə əlaqələndirmək düzgün deyil. Bunun suyun zəhərlənməsi, elektik cərəyan vurması və sair kimi müxtəlif səbəbləri var. Lakin istənilən halda Ermənistan zavodlarının tullantıları Araz çayını həddindən artıq çirkləndirir. Bu bir faktdır”.

Q.Quluzadə əlavə edib ki, balıqların tələf olduğu yerin cənub tərəfində heç bir zavod yoxdur, qarşı tərəf isə Dağlıq Qarabağ ərazisidir: “Orda da hər hansı zavod fəaliyyət göstərmir”./Teleqraf.com/




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 1-09-2017, 19:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma