Xəbər lenti

Avqustun 25-dən bu günə kimi Myanmada  baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.

"Report"un məlumatına görə, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.

"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.

Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 5-09-2017, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma