Xəbər lenti

Putin jurnalisti PƏRT ETDİ: “Tramp mənim gəlinim deyil”

“Məyusluq yoxdur, sizin sualınız çox sadəlövh səslənir. Tramp (ABŞ prezidenti Donald Tramp -red.) mənim, yaxud mən onun gəlini deyiləm. Biz dövlət fəaliyyətilə məşğul oluruq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.

“Hər ölkənin öz maraqları var. Tramp öz fəaliyyətində öz ölkəsinin milli maraqlarını, mən isə Rusiyanın maraqlarını rəhbər tuturam”, - Putin əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti BMT Baş Assambleyasının sentyabrın 13-də Nyu-Yorkda başlayacaq sessiyasına qatılmayacaq. Onun bu qərarının Putində məyusluq yaratdığı bildirilir.

Rusiyanın dövlət başçısı ABŞ prezidentinin mümkün impiçmenti barədə suala cavab olaraq bildirib ki, bu ölkənin daxili işidir və onun başqaları tərəfindən müzakirəsi tamamilə səhvdir.




Ana səhifəyə qayıt        Baxış: 944          Tarix: 5-09-2017, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma