Xəbər lenti

 

Suriya Həma şəhərində kimyəvi silahların olduğu qərargahına İsrailin hücum etdiyini açıqlayıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Masyaf bölgəsindəki qərargaha edilən hücumda iki əsgər ölüb. Qərargaha isə ciddi ziyan dəyib.

İsrail tərəfi hələlik hadisə barədə açıqlama verməyib.

***

İsrailin Müdafiə naziri Aviqdor Liberman Masyafdakı hərbi bazaya edilən hücumu təsdiqləyib.

O bildirib ki, İsrail öz təhlükəsizliyi üçün hər şey etməyə hazırdır.





Ana səhifəyə qayıt        Baxış: 797          Tarix: 7-09-2017, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma