Xəbər lenti

 Gecə yarısı Hindistanın Ramqinc Mandi şəhərində bir qrup yerli sakinlə polis əməkdaşları arasında toqquşma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Amarujala" nəşri yazıb.

Bildirilir ki, ötən gün bir qadın asayiş keşikçisi tərəfindən vurulub. Yerli sakinlər həmin polisin məsuliyyətə cəlb olunması tələbi ilə əllərinə daş götürərək polis məntəqəsinə hücum ediblər.

Nəticədə bir polis əməkdaşı ölüb, daha 10 nəfəri yaralanıb. Bundan əlavə insidenti işıqlandıran jurnalistlər xəsarət alıb.

Kütlə polis məntəqəsinin yerləşdiyi binanı yandırıb.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 9-09-2017, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma