Xəbər lenti
7-03-2019, 22:48

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev islam ölkələrinə G20-nin analoqu olan bir qurumda birləşməyi təklif edib.

İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində N.Nazarbayev bu təşəbbüsün elm və iqtisadiyyatın inkişafına böyük töhfə olacağını deyib.

"Düşünürəm ki, islam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün G20 kimi bir forum yaratmaq lazımdır. İƏT-in qabaqcıl 15 ölkəsindən İƏT-15 adlı təşkilat qurmaq mümkündür”, – Nazarbayev bildirib.

Prezientin sözlərinə görə, islam dünyasının Qərblə yaxınlaşması üçün forum və görüşlərin vaxtaşırı və sistemli keçirilməsinə ehtiyac var.

"Biz gərək Qərb ölkələri ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirək. Bu birlik bütün islam dünyasının inkişafına imkan verəcək”, – Nazarbayev qeyd edib./axar.az




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 10-09-2017, 20:15      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar