Xəbər lenti

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bazar günü Cənubi Livan səmasında görünüblər və Sayda şəhərinə qədər (Beyrutun 40 kilometrliyində) uçuş ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Reaktiv təyyarələr aşağı yüksəklikdə, sanki hücum edirlərmiş kimi bir sıra yaşayış məntəqələri və fələstinli qaçqınların qaldıqları düşərgələr üzərindən keçiblər.

Nəşrin məlumatına görə, qırıcı təyyarələrin manevri yerli sakinlər arasında təşvişə səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 11-09-2017, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma