Xəbər lenti

Suriya ordusu İŞİD-in müqavimətini qırdı

Suriya ordusu Deyr-əz-zor şəhərinin ana girişini qoruyan İŞİD bölməsinin müqavimətini qırıb.

Publika.az xəbər verir ki, ordu hələ də qismən terror təşkilatının nəzarətində olan şəhərə cənub-qərb istiqamətindən daxil olub.

Hərbi hava limanından gələn dəstə cənub-qərbdən gələn dəstə ilə şəhərin mərkəzində birləşib. Şəhərin bu ana magistral yolu qısa müddətdə şəhərə dərman və qida yardımı daşıyan karvanların girməsi üçün istifadə ediləcək.

Ordu birlikləri əl Tim və əl Şula neft yataqlarını da terrorçuların əlindən alıb.




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 13-09-2017, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma