Xəbər lenti

 Azərbaycan və Gürcüstandan fərqli olaraq Avropaya daha çox sayda erməni vətəndaşı gedir.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında erməni deputat Naira Zoqrabyan söyləyib. Onun sözlərinə görə, ermənilər qaçqın statusu almaq üçün ölkəni tərk edirlər:

“Biz mütləq vətəndaşlarımızın Avropada Əli Həsənov və digər Azərbaycan adları altında yaşamasına imkan yaradan xidmətləri yoxlamalıyıq. Bu bizim hamımız üçün biabırçılıqdır. Üstəlik, aydın deyil ki, azərbaycanlılarla olan qarışıq nikahlar niyə artır. İl ərzində 10 min insan Avropa ölkələrinin səfirliklərinə müraciət edir ki, siyasi sığınacaq alsın. Onların 50%-i sadəcə qaçqın statusu alırlar. 90% şəxs heç bir status ala bilmir, amma buna rəğmən ölkəyə də geri dönmürlər”.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 15-09-2017, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma