Xəbər lenti

Sərnişin gəmisi batdı: 53 ölü

Qərbi Afrikada yerləşən Nigeriya sahillərində içində 100-150 sərnişin olan gəmi batıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 53 nəfər həlak olub.

Hadisə ilə bağlı Nigeriya Fövqəladə Hallar Agentliyindən (NEMA) açıqlama verilib. Agentliyin nümayəndəsi Süleyman Məhəmməd xilasedici briqadanın 47 nəfərin həyatını xilas etdiyini, digər sərnişinlərin isə taleyindən heç bir xəbər olmadığını deyib.

Gəminin hansı səbəbdən batması məlum deyil.




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 15-09-2017, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma