Xəbər lenti

Əfqanıstanın cənubunda NATO patruluna Taliban qüvvələrinin hücumu olub. Trend-in məlumatına görə, bu barədə NATO-nun Əfqanıstanda fəaliyyət göstərən missiyası xəbər yayıb.

Məlumata görə, hücum nəticəsində 1 nəfər Rumıniya hərbçisi həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Qəndahər aeroportu yaxınlığında avtomobilin partladılması barədə xəbər yayılmışdı. İlkin məlumata görə, 3 və ya 4 hərbçinin yaralandığı bildirilmişdi.

Xatırladaq ki, hücumla bağlı məsuliyyəti Taliban öz üzərinə götürüb.
strateq.az




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 16-09-2017, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma