Xəbər lenti

ABŞ prezidenti Donald Trampın tərəfdarları və əleyhdarları paytaxt Vaşinqtonda etiraz aksiyaları keçiriblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə nümayişçi Amerika demokratiyasını qorumaq və ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsinin araşdırılması ilə bağlı tələblərlə Ağ Ev qarşısında toplaşıblar.

Polisin məlumatına görə, prezidentin tərəfdarlarının mitinqi daha çoxsaylı olub. Aksiyada təxminən 500 nəfər iştirak edib. Onlar öz aksiyalarını "Bütün nümayişlərin anası" adlandırıblar.

Etirazçılar Vaşinqtonun ABŞ Konqresinin binasından keçmiş prezident Avraama Linkolnun abidəsinə qədər uzanan mərkəzi bulvarı üzrə keçiblər.

 




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 18-09-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma