Xəbər lenti

  Meksikanın Pueblo şəhərində 7,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, dəhşətli zəlzələ baş verdiyi şəhər paytaxt Mexikonun 123 km-də yerləşir.

Təbii fəlakət nəticəsində xeyli yaşayış binası, inzibati tikililər dağılıb.

***

Zəlzələ nəticəsində Morelos ştatında ən azı 42 nəfər ölüb.

Bu barədə Morelos ştatının qubernatoru Qrako Ramires məlumat verib.

Daha 3 nəfərin isə Puebla ştatında öldüyü barədə məlumat daxil olub.

Qeyd edək ki, zəlzələ yerli vaxtla 18:14-də (Bakı vaxtı ilə 22:14) baş verib. Zəlzələnin episentri Puebla-de-Saraqos şəhərindən 49 km cənub-qərbə düşüb. Episentr həmçinin Tepeoxuma yaşayış məntəqəsinin 8 kilometrliyində olub.

Zəlzələ ocağı 60 km dərinlikdədir.

Zəlzələ paytaxt Mexikoda da güclü şəkildə hiss edilib. Mexikodakı Benito Xuares adına beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.




Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 20-09-2017, 06:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma