Xəbər lenti

 

 Gənc şair Seyid Həsrət saytımıza yeni şeirlərini ünvanlayıb. Ovqat.com həmin şeirlərdən birini öz oxucuları ilə paylaşır.

Daha qovuşmağa yoxdu ki, ümid,

Yaşayaq mən səndən, sən məndən ayrı.
Xəzansız bağçada, sən bağlarda bit.
Yaşayaq mən səndən, sən məndən ayrı.

Olsun tənhalığa yaşamaq gücün,
Taledi,  deyil ki. bu sənin suçun,
Görüşdük, ömürlük ayriliq üçün,
Yaşayaq mən səndən, sən məndən ayrı.

Çəkdim nəfəsim tək içimə səni,
Qoxun ruhum olsun, yaşatsın məni,
Qaytara bilmərik  daha dünəni,
Yaşayaq mən səndən, sən məndən ayrı.

Ömürlük bu eşqə məhbus olandan,
Baxışın qandaldı, gözlərin zindan,
Daha açılmaz ki qapim heç zaman,
Yaşayaq mən səndən, sən məndən ayrı.

Tutulaq o birgə ötən günlərə,
Bəlkə dayaq dura gələn illərə,
Bu sükut hay verər qəmli ünlərə,
Yaşayaq mən səndən, sən məndən ayrı.

Ərisin başından dərdlərin qari,
Bitsin bu Həsrətin qəmi, qubari,
Yarıya bilmədik, barı sən yarı,
Sən bu cür xoşbəxt ol, mən isə, ayri
Yaşayaq mən səndən, sən məndən ayrı. 




Ana səhifəyə qayıt        Baxış: 2 186          Tarix: 25-09-2017, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma