Xəbər lenti

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Xalq Şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir və şairin TÜRKSOY tərəfindən nəşr olunmuş əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabının təqdimatı keçirilib.

Ovqat.com-un məlumatına görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və başqaları çıxış edərək balkar xalqının görkəmli şairi Qaysın Quliyevin həyat və zəngin yaradıcılığından danışıblar.

Tədbirdə, həmçinin M.P.Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurulub və bir qrup şəxs “M.P.Vaqif medalı” ilə təltif olunub.




Ana səhifəyə qayıt        Baxış: 934          Tarix: 8-12-2017, 15:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma