Xəbər lenti

 Bir yana al çəkir,bir yana yaşıl,
Dağlarda dikəldir çəmən-balışı.
Lalə yanaqlarda köztək alışır,
Sarısı,yaşılı,alı novruzun,
Novruzum,novruzum,gözəl novruzum!

Dağlardan süzülür düzlərə dolur,
Dildə ətirlənir sözlərə dolur,
Dodaqlara qonur,gözlərə dolur
Şəkəri,noğulu,balı novruzun..
Novruzum.novruzum.gözəl novruzum!..

Gah qoşma söyləyir,gah təcnis yazır,
Gəraylı söyləyir,müxəmməs yazır,
Basıb sinəsinə hey telli sazı,
Hər qəlbə nəğmətək dola novruzum,
Novruzum.novruzum.gözəl novruzum!

Soraq gətiribdi Dədəm Qorquddan,
Yanıqlı səngərdən,yaralı yurddan,
Sınıq könüllərdən.qırıq qəlblərdən
Qüssəni,qübarı silə Novruzum...
Novruzum.novruzum,gözəl novruzum!

Adi tonqal deyil,sirdi bu tonqal,
Türkü birləşdirən pirdi bu tonqal
Dırdlərin yandığı yerdi bu tonqal,
Ağrını,acını tulla,Novruzum,
Novruzum,novruzum,gözəl novruzum!

Bu aran yoludu.bu da dağ yolu,
Bu da ki,Tanrıya gedən Ağ yolu.
İrəvan,Zəngəzur.Qarabağ yolu...
Bir zəfər marşını çala Novruzum!
Novruzum,Novruzum,gözəl Novruzum!...




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 18-03-2018, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma