Xəbər lenti

     Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli ilə poeziyamızın problemləri barədə müsahibəni Ovqat.com-un oxucularına təqdim etmişdik. Həmin müsahibə elmi ictimaiyyətdə xeyli maraq doğurub. Bu münasibətlə saytımıza ünvanlanan bir məktubu oxucularımıza təqdim edirik.

Xanəli Kərimli öz poetik, elmi və publisistik fikirləri ilə ictimaiyyət nümayəndələrini düşündürən şairdir. Buna görə də çoxsaylı oxucuları kimi, onun yaradıcılığına müraciət edən ədəbiyyatşünaslar da daim özlərində onun poeziyasına müraciət etmək ehtiyacı duyurlar.

Şairin bu müsahibəsi də xalqımızın ən geniş təbəqələrində hər kəsin cəmiyyətlə münasibətdə hansı mövqedə dayandığını müəyyənləşdirmək baxımından əhəmiyyətli və aktualdır. İnsan və cəmiyyət münasibətləri, ədəbiyyata, söz sənətinə yanaşma, müasir dövrdə oxucu problemi və s. barədə hər kəsi düşündürən şair öz həyat və yaradıcılığının ən mühüm məqamları ilə oxucuları ilə bölüşür. Bu kimi görüşlərhamı üçün, xüsusilə də gənc nəsil üçün faydalıdır.

Xanəli Kərimli yaradıcılığı haqqında ədəbiyyatşünaslarımızın ona həsr olunmuş, onun söz sənətinin ən müxtəlif cəhətlərinin araşdırılmasına cəhd olunmuş dəyərli araşdırmalarla daha ətraflı tanış olmaq mümkündür.

Şairin poetik dünyası bir oxucu kimi bizim də diqqət mərkəzimizdə olmuş, düşüncələrimizi “Zirvənin fəthi” («Постижение выси», Bakı, “Literaturnı Azərbaycan”, 2009, №12, s.102-108) və “Xanəli Kərimli poetikasının mənəvi-əxlaqi istiqaməti” («Морально-нравственная направленность поэтики Ханали Керимли», Sankt-Peterburq, Elmi jurnal PYXİS, 2016, № 2 (1), s. 75-87) adlı məqalələrdə rusdilli oxucularla bölüşmüşük. Fikrimizcə, şairin söz səltənətini oxuculara sevdirən onun həyatdan gələn canlı və düşündürücü fəlsəfi lirikasıdır.

Xanəli Kərimliyə can sağlığı və yeni yaradıcılıq uğurları ilə:

Hüseyn Adıgözəlov

filologiya üzrə fəlsəfə doktoru

18 sentyabr 2017-ci il




Ana səhifəyə qayıt        Baxış: 1 396          Tarix: 20-09-2017, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma