Xəbər lenti

 

Məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıda olan ev muzeyi sökülüb. Məlumata görə şairin evi çoxdan yararsız vəziyyətə düşüb və ev buna görə sökülüb. Hazırda layihə əsasında evinin orjinalı inşa edilir.

Divarı uçduğuna görə, dahi şairin ev muzeyi söküldü. Bura məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyidir. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, sökülməyə səbəb evin bir divarının uçması olub. Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər.

Sakinlər isə muzeyin əsl üslubunun qorunub saxlanılmasının tərəfdarıdırlar.

Ovqat.com-un məlumatına görə, şairin ev muzeyi olduğu kimi yenidən tikiləcək. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək. Ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən də "XəzərXəbər”ə bildirilib ki, şairin evi çoxdan yararsız vəziyyətə düşüb və ev sökülüb. Həmin ev muzeyi orijinal deyildi. Hazırda layihə əsasında evin orjinalı inşa edilir.




Ana səhifəyə qayıt        Baxış: 1 145          Tarix: 24-09-2017, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma