Xəbər lenti

 

Faiq Ələkbərli: “Ortaq türk tarixinin yazılması xalqların ortaq keçmişlərini mənimsəməsi baxımından önəmlidir”

Son günlər ortaq türk tarixi dərsliyinin hazırlanması və bu dərsliyin bütün türk dövlətlərində tədrisi məsələsi gündədəmdədir.

Belə bir yeniliyin tətbiqi türk dövlətlərinin maraqları baxımından nə dərəcədə məqsədəuyğundur?

Ovqat.com xəbər verir ki, Moderator.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqlarının Türk Dünyasıyla Əlaqələr üzrə başqan müavini, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli belə bir yeniliyin tətbiqinin böyük fayda verəcəyini vurğuladı:

Bu yaxınlarda Qazaxıstanda olarkən, mənə Türk Akademiyasının alimləri bildirdilər ki, Türk xalqlarının ortaq "Türk tarixi" kitabının ilk variantı artıq hazırdır. "Türk tarixi" kitabından bütün Türk xalqları, onların dövlətçilik ənənələri bərabər şəkildə öz əksini tapıb. Məsələn, ilk ortaq "Türk tarixi" kitabında Hunlar, Xəzərlər, Göytürklər, Oğuzlar, Xarəzmşahlar, Səlcuqlar , Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, Şeybanilər və digər Türk dövlətləri haqqında məlumatlar yer alıb. Hesab edirəm ki, ortaq Türk tarixinin yazılması bu gün və gələcəkdə Türk xalqlarının bir-birlərini əməli işdə daha sıx müdafiəsinə gətirib çıxaracaq. Bütün türk xalqlarını birləşdirən ortaq türk tarixinin yazılması xalqların ortaq keçmişlərini, dəyərlərini mənimsəməsi baxımından çox vacibdir. Bu türk xalqlarının bir-birləri ilə iqtisadi, mədəni, hərbi və digər sahələrdə yaxınlaşmasına səbəb olacaq.

Eyni zamanda, "Türk tarixi" kitabının Türk dövlətlərinin orta və ali məktəblərində tədrisini, özü də məcburu tədrisini vacib hesab edirik.

Yeni nəsillər ortaq Türk böyüklərinə, o cümlədən Türk düşünürlərinə və Türk sultanlarına eyni şəkildə sevgi bəsləməlidirlər”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 309          Tarix: 19-12-2017, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma