Xəbər lenti

Fransa Prezidenti Emmanuel Makron Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi ilə əlaqədar yaxın günlərdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər görəcəklərini elan edəcək.

Məlumatı “Reuters” agentliyi yayıb.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Rəsmi London Rusiya Baş Kəşfiyyat İdarəsinin Britaniya vətəndaşı, keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın 23 diplomatını Birləşmiş Krallıqdan çıxarıb/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 15-03-2018, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma