Xəbər lenti

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Təbrik mətnində deyilir:

“Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Zati-alinizin yenidən Prezident seçilməyi münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə ən gözəl təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına isə daha yüksək inkişaf və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, qardaş ölkələrimizi və xalqlarımızı bir-birinə sıx bağlayan əlaqələri yüksək dəyərləndirir və onu bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq.

Zati-alinizə hörmət və ehtiramla, Qardaşınız”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 178          Tarix: 20-04-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma