Xəbər lenti

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün Bakıya gələrək prezident İlham Əliyevlə görüşüb. Görüşün rəsmi hissəsi haqqında xəbərlərdə deyilir ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Strateq.az xəbər verir ki, Rusiya kəşfiyyatının rəhbərinin Azərbayacana səfərinə politoloq Elxan Şahinoğlu şərh verib.

Onun sözlərinə görə, Sergey Narışkini Azərbaycana gəlməyə məcbur edən səbəblərdən başlıcası qonşu Ermənistandakı vəziyyətdir: “Kreml Azərbaycanın Ermənistandakı hakimiyyət boşluğundan istifadə edərək işğalçıya qarşı təzyiqini artıracağından ehtiyat edir. Böyük ehtimalla Kreml öz emissarını Bakıya ona görə göndərib ki, Ermənistanda yeni hakimiyyət formalaşana qədər işğalçıya qarşı təzyiqi artırmaqdan bizi çəkindirsinlər”.

Sonda politoloq belə bir sualla fikirini nöqtələyib: “Görəsən, bunun qarşlığında Kremlin bizə verdiyi vəd nədir?”.

 




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 24-04-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma