Xəbər lenti

Türkiyə prezidenti, hakim AKP və MHP-nin qurduğu “Cümhur” İttifaqının prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğan BBC-yə müsahibə verib.

Strateq.az xəbər verir ki, Ərdoğan müxalifət və seçkilərlə bağlı suallara cavabında önəmli mesajlar səsləndirib.

“Türkiyə  bir hüquq dövlətidir, bu hüquq dövlətinin içində hər şey baş verə bilər” deyən Ərdoğan, 24 iyun seçkiləri ilə bağlı aşağıdakı dəyərləndirməni ifadə edib:

 “Ana müxalifətin bizə meydan oxumasının qarşılığında, seçkiləri 17 ay önə çəkməklə, onları “buyurun!” deyib meydana çağırdıq. Gördüyümüz iş budur. Türkiyə bir hüquq dövləti olaraq erkən seçkilər, konstitusiya dəyişikliyi ilə bağlı məsələlərdə müxalifətlə birgə hərəkət edib və demokratik prinsiplərə uyğun qərarlar alıb. İndi də 24 iyun seçkilərinə gedirik” – deyə Ərdoğan vurğulayıb.

Seçim kampaniyası zamanı ortaya çıxan problemlərlə bağlı suala cavabında  Türkiyə prezidenti bildirib ki, “Türkiyədə seçki qurtusu var,  seçkilərə fərqli ölkələrdən, beynəlxalq təşkilatlardan müşahidəçilər dəvət olunur və onların gözləri qarşısında səsvermə keçirilir. Səsvermədən sonra kimin qələbə qazandığı ortaya çıxacaq. Biz təkrar qazansaq, hər kəs buna sayğı duyacaq, qazanmasaq, kim qələbə çalarsa, ona sayğı duyarıq, məsələ bu qədər sadədir”.

AKP-nin və özünün uduzması ilə bağlı suala Ərdoğanın cavabı maraqlı olub.

“Bu sualı bizə niyə verirsiniz? Daha yaxşısı, əgər seçkinu uzduzmaq məsələsi varsa, qələbə çalanlar sevincdən oynayarlar, rahat olun. Qərb də, siz də rahat olun, hələ BBC çox rahat olsun”, – deyə bildirib.

 “Təbii ki, seçkidə qələbə qazanmaq üçün hər şeyi edəcəyik”, – deyən Ərdoğan bildirib ki, hədəfiləri Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üstünə qaldırmaqdır: “Bunun üçün də Türkiyəni dünya iqtisadiyyatı içərisində ilk onluğa çıxarmaq lazımdır”. 

Turqut

 




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 14-05-2018, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma