Xəbər lenti

İran, Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi birgə bəyanat yayaraq nüvə anlaşmasının tam formada qüvvədə qaldığını bildiriblər.

İranın Xarici İşlər Nazirliyindən bildiriblər ki, ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etməsindən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri Brüsseldə İran xarici işlər naziri ilə görüşüblər.

Görüşdə vurğulanıb ki, BMT-nin Təhlükəsizlik Şurasının nüvə silahının yayılmaması haqqında 2231 saylı qətnaməsinə əsasən İran ilə 6 ölkə arasında 2015-ci ilin iyununda imzalanmış razılaşma beynəlxalq qanunlara tam uyğundur və böyük diplomatik uğurdur.

Bəyanatda deyilir ki, ABŞ-ın əldə olunan sazişdən birtərəfli qaydada imtina etməsinə baxmayaraq, anlaşmanın icra prosesi davam etdiriləcək və tərəflər öz öhdəliklərinə sadiq qalacaqlar. Həmçinin tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün danışıqları daha da intensivləşdirəcəklər.

Bəyanatda vurğulanır ki, İran, Britaniya, Almaniya və Fransa iqtisadi və ticarət əlaqələri dərinləşdirəcək, neft, qaz və neft-kimya məhsullarının ixracını təşkil edəcək, maliyyə və bank sahələrində əməkdaşlığı asanlaşdıracaq və investisiya yatırımları üçün lazımi hüquqi bazanın yaradılmasına çalışacaqlar(azərtac).

 




Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 16-05-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma