Xəbər lenti

Rusiya prezident Vladimir Putin Qərb ölkələrini rəsmi Moskva ilə münasibətlərdə “qırmızı xətti” keçməməyə çağırıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, V.Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bəs deyildi ki, NATO  sərhədlərimizə yaxınlaşıb? Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər, hər hansı radarlar və raket əleyhinə müdafiə sistemləri quraşdıracaqlar… Bilirsinizmi, hər şeyin bir həddi var, “qırmızı xətti” keçmək olmaz. Bizim maraqlarımıza hörmətlə yanaşın”, -deyə V.Putin qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 588          Tarix: 26-05-2018, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma