Xəbər lenti

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan barədə həbs qərarı çıxarıb.

TASS xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Məhkəmənin qərarı ilə Ayk Sarkisyan həbs edilib”, – deyə məlumatda bildirilir.

Sarkisyan qətlə cəhddə və qanunsuz silah saxlamaqda şübhəli bilinir.

Daha əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarkisyanaxtarışa verib. O, qanunsuz silah və narkotik saxlamaqda və özgə əmlakını mənimsəməkdə ittiham edilir.

Keçmiş prezidentin kiçik qardaşı Levon və onun qızı Ani barədə axtarış elan olunub. Onlar qanunsuz yolla varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 537          Tarix: 12-07-2018, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma