Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Yohannesburqda görüşündə zarafatlaşıb.

Putin Rusiya ətinin Türkiyəyə çatdırılması başlananda Ərdoğanın restoran dəvətini qəbul edəcəyini bildirib.

“Siz məni restorana dəvət edəcəyinə söz vermişdiniz”, – Putin deyib.

“Mən dəvət edirəm”, – Ərdoğan ona cavab verib.

“Biz razılaşdıq ki, siz ət məhsulumuzu bazara buraxmağa başlayanda və restoranda bizim ət yeməklərimiz olanda, onda nahar edərik”, – Putin yumorla cavab verib.

“Mən böyük məmnuniyyətlə, sizi gözləyəcəyəm”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Yohannesburqda BRİKS sammiti çərçivəsində Ərdoğan və Putin arasında görüş keçirilib. Türkiyə lideri iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə müsbət inkişaf etdiyini və hətta bunun başqaların paxıllığına səbəb olduğunu deyib.

Biz fikir veririk və görürük ki, bizim əməkdaşlığımız kənardan başqalarının paxıllığına səbəb olur”, – Türkiyə prezidenti qeyd edib/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 27-07-2018, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma