Xəbər lenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın rahib Bransonun azadlığa buraxılması tələbinə növbəti dəfə rəddə cavabı verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki,  Ərdoğan ev dustaqlığına buraxılmış amerikalı rahib Bransonun tam azad edilməsi ilə bağlı ABŞ-ın tələblərini qəbuledilməz olduğunu deyib.

O, bildirib ki, Türkiyədə heç bir dini yönümlü azlıqlara qarşı ən kiçik problem yoxdur: “ABŞ-ın bizimlə təhdid dilində danışmasına imkan verə bilmərik”.

Bundan dərhal sonra isə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauer  bildirib ki, Branson tam azadlığa buraxılıb, Amerikaya göndərilməzsə, o zaman Türkiyəyə sanksiya tətbiq olunacaq: “Prezident Tramp bu məsələdə çox ciddidir”.

“Söz atışması”nın davam etdiyi belə bir gərgin anda isə Bransonun “ev dustqalığı və ölkədən çıxışa qadağa haqda məhkəmə qərarının ləğv edilməsi” üçün verdiyi apellyasiya şikayəti də İzmir məhkəməsi tərəfindən rədd edilib. Bu isə ABŞ və Türkiyə arasında gərginliyini daha da artırıb.

Qeyd edək ki, Tramp və ABŞ-ın vitse-prezidenti Brunsonun tam azadlığa buraxılmasını tələb edirlər. Əks halda Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildiriblər.

Onu da qeyd edək ki, rahib Türkiyətə FETÖ və PKK terror təşkilatına yardımda, casusluq və sair ağır məsələlərdə ittiham edilərək, 2016-cı ilin oktyabrında həbs edilib. Ötən ay isə o, ev dustaqlığına buraxılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 623          Tarix: 1-08-2018, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma