Xəbər lenti

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb:

“Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur”.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir”.

 




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 13-08-2018, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma