Xəbər lenti

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin özləri Almaniyanın vasitəçi kimi iştirakı barədə qərar qəbul etməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın rolunun aktivləşməsi məsələsinə şərh verərkən deyib.

“Bütün bunlar mövcud formatların səmərəliliyi anlayışı ilə edilir. Bütün bu amillərin cəmində hesab edirəm ki, bu cür bəyanatları nəzərə almaq lazımdır”, – M.Zaxarova bildirib.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel avqustun 23-25-də Gürcüstan, Ermənistan və Azərbaycana səfər edib. Əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin həlli olub/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 30-08-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma