Xəbər lenti

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu, “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

Strateq.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında açıqlama verilib.

Bildirilib ki, o, istefa qərarını  işlərinin çoxluğu ilə əlaqələndirib.

Məlumatda o da qeyd olunub ki, Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.

 




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 22-10-2018, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma