Xəbər lenti

“Daha güclü Avropa üçün ortaq bir orduya ehtiyacımız var”.

Bu sözləri Almaniya kansleri Angela Merkel Fransa prezidentinin Avropa ordusu ilə bağlı açıqlamasına dəstək olaraq deyib.

“Ötən ildə baş verənlərə nəzər salsaq, görərik ki, önəmli olan Avropa ordusunun qurulması ilə bağlı çalışmalara başlanılmasıdır. Qurulacaq bu ordu NATO-ya qarşı olmayacaq, NATO daxilindəki transatlantik əməkdaşlığa paralel birlik olacaq”, – deyə Merkel bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp bu açıqlamaya mənfi yanaşıb. Rusiya Prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 491          Tarix: 14-11-2018, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma