Xəbər lenti

Britaniyanın məşhur “Qardian” qəzeti yazır ki, hazırda “İzahedilməz Sərvət Qanunu”na uyğun olaraq barəsində polis təhqiqatı aparılan Zamirə Hacıyevanın mülkiyyətində olan ofşor şirkətə Britaniyanın iki ən mötəbər hüquq firması və “Barclays Bank”-ın İsveçrə filialının xidmət göstərdiyi bəlli olub.

“Mishcon de Reya” ​firması Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə “Barclays Bank”ın ipotekası barədə hüquqi məsləhət verib. Hazırda Britaniya Milli Cinayət Agentliyi bu şirkətin araşdırılması ilə məşğuldur. Zamirə Hacıyevaya aid olan bu şirkət 2009-cu ildə qiyməti 11, 5 milyon funt sterlinq olan beş yataq otaqlı mənzili alıb.

“Qardian” yazır ki, bu mənzilin qiyməti Hacıyevanın və ya onun ərinin qazancından qat-qat çoxdur. Qəzetin yazdığına görə həm “Barclays Suisse”, həm də “Mishcon de Reya” bu məsələ barədə şərh verə bilməyəcəklərini bildiriblər.

Zamirə Hacıyeva noyabrın əvvəllərində Azərbaycan hökumətinin ekstradisiya ricası ilə bağlı həbs edilsə də, sonradan məhkəmə qərarı ilə zaminə buraxılıb. İndi Zamirə Hacıyeva belə bahalı mülki necə və hansı pulla aldığını izah etməlidir. Əks halda mülkiyyət müsadirə olunacaq. Zamirə Hacıyevanın vəkilləri bildirirlər ki, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Onlar israr edirlər ki, Milli Cinayət Agentliyinin Hacıyeva barəsində araşdırması “cinayət yox, təhqiqat araşdırmasıdır”.

“Qardian” yazır ki, Hacıyeva Londonun dəbdəbəli Naytsbric rayonundakı evi (Knightsbridge) Vircin adalarındakı “Vicksburg Global Inc” adlı şirkətin vasitəsilə 11, 5 milyon funt sterlinqə alıb. Ali Məhkəmə sənədlərindən məlum olur ki, mülkün alınması üçün 8 milyon funt sterlinqə yaxın məbləğdə ipotekanı “Barclays Suisse” rəsmiləşdirib.

Milli Cinayət Agentliyi isə bildirir ki, bHələlik sözü gedən bank “müştəri sirri” barədə prinsipdən çıxış edərək bu sövdələşmə barədə heç bir şərh vermir.u iş üzrə keçən hüquqşünaslar, bankirlər və mühasiblər “peşəkar köməkçilər” qismində risklə üzləşə bilərlər.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 517          Tarix: 14-11-2018, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma