Xəbər lenti

Gürcüstan hökuməti ilin sonuna kimi 600 min nəfərin banka olan borcunu siləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi fövqəladə brifinqdə məlumat verib:

“”Qara siyahı”da qeydiyyata düşən təxminən 95 faiz borcun əsas məbləği 2 min larini keçmir. Söhbət 600 min vətəndaşın banklara, onlayn təşkilat və ya digər maliyyə institutlarına olan maliyyə öhdəliklərindən gedir. Həmin borcun ümumi çəkisi, təxminən 1,5 milyard lari ( 942 900 000 manat) təşkil edir. Bugünkü qərara əsasən, 1,5 milyardlıq həmin borc həmvətənlərimiz üçün silinəcək”.

Baş nazirin sözlərinə görə, borcların silinməsinə dekabrın 15-dən başlanılacaq və proses ayın sonuna kimi davam edəcək: “Əhalimiz yeni ili borcsuz qarşılayacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 19-11-2018, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma