Xəbər lenti

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış zamanı yaralının dağıntılar altından çıxarılması barədə görüntüləri yayıb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur.

Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.

O.Məmmədli xilas edilərkən hərbi formada olub.

Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 20-11-2018, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma