Xəbər lenti

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonların seçki məntəqələri üzrə prezident seçkilərinin ikinci turunda səsvermənin nəticələri məlum olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki,  Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

Qardabani rayonunda 63 seçki məntəqəsində S.Zurabişvili 55,08%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 44,92% səs qazanıb.

Marneuli rayonunda 90 seçki məntəqəsində seçicilərin 58,08%-i S.Zurabişvili, 41,92%-i isə Q.Vaşadzeni dəstəkləyib.

Bolnisi rayonunda 62 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, S.Zurabişvili 64,12%, Q.Vaşadze isə 35,88% səs toplayıb.

Dmanisi rayonunda isə 50 seçki məntəqəsində seçicilərin 67,2%-i S.Zurabişvili, 32,8%-i isə Q.Vaşadzeyə səs verib.

 




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 29-11-2018, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma