Xəbər lenti

OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.

Bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib.

“Rusiyanın öz şəxsi problemləri var, lakin bugünkü görüşdə hər kəs azaldılmanın zəruri olması fikri ilə razılaşdı. Konsensus odur ki, biz hasilatı azaltmalıyıq. Sabah necə [nə qədər] azaldacağımızı müzakirə etməliyik”, – deyə nazir əlavə edib.

Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər.

“Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin sabah biz bunu müzakirə edəcəyik”, – deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 6-12-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma