Xəbər lenti

Düşmənin torpaqlarımızdakı quruculuq planlarını yalnız azərbaycanlıların ordu-xalqa çevrilərək  qəti hücuma keçməsi poza bilər...  

Separatçılar son günlər işğal altındakı Xankəndi şəhərində yaranmış kəskin içməli su probleminin həlli yollarını axtarmağa başlayıblar.
Moderator.az xəbər verir ki, ermənicə nəşrlərin yaydığı məlumata görə, keçmiş “baş nazir” hesab edilən, “prezidentliyə namizəd”, “Azad Vətən” “partiyası”nın lideri Araik Arutyunyan bu haqda təkliflə çıxış edib. O, bildirib ki, Xankəndinin daimi içməli su ilə təmin olunmasına nail olmaq üçün ən yaxşı variant Badara kəndi (Xocalı rayonu) yaxınlığındakı eyniadlı çay üzərində su anbarı tikməkdir. A.Arutyunyan söz verib ki, “parlament”in payız sessiyasında həmin anbarın tikintisi üçün 2020-ci ilə nəzərdə tutulacaq  büdcəsindən vəsait ayrılması bu barədə məsələ qaldıracaq.
P.S. Düşmənin torpaqlarımızdakı hər hansı quruculuq planını yalnız azərbaycanlıların ordu-xalqa çevrilərək  qəti hücuma keçməsi poza bilər,  başqa bütün çabalar mənasızdır...  



Ana səhifəyə qayıt        Baxış: 461          Tarix: 24-08-2019, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma