Xəbər lenti

Bu günədək o şəhərdə öz bayrağımızı ucaltmağa kişiliyimiz çatmayıbsa,  barı yekə-yekə danışmayaq...

İşğalçı ermənilər 27 il öncə Azərbaycan Respublikasının Xankəndi şəhərində “prezident iqamətgahı” (keçmiş vilayət komitəsinin binası) üzərinə separatçı bayrağın sancılması anlarının video-görüntülərini yayıb.
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin məlumatına görə, Şuşa və Laçının işğalından az sonra -1992-ci il iyunun 2-4-də keçirilmiş qondarma rejim “Ali Soveti”nin  növbədənkənar sessiyasında “dövlət bayrağı” haqqında “qanun” qəbul edilib. 1992-ci il oktyabrında isə həmin üzdəniraq ilk dəfə Xankəndidə “prezident iqamətgahı”nın üzərinə sancılıb.
P.S. Bu günədək o şəhərdəki erməni bayrağını endirib öz bayrağımızı ucaltmağa kişiliyimiz çatmayıbsa,  barı İrəvanı, Göyçəni alacağımız  barədə populist çıxışlar edib yekə-yekə danışmayaq.




Ana səhifəyə qayıt        Baxış: 463          Tarix: 28-08-2019, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma