Xəbər lenti

 

Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlar artıq Bakıya qayıdıblar.

Ziyarətin təfərrüatları haqqında Modern.az-a danışan Heydər məscidinin imamı hacı Rüfət Qarayev Həccin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Həcc ziyarəti haqqında sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olan bəzi məqamlara da toxunub:

“Düşünürəm ki, hətta əvvəlki illərə nisbətdə daha təhlükəsiz və rahat ziyarət baş tutdu. Zəvvarların otel şəraitləri, qidalanması, ziyarətlər üçün marşrutların təşkil olunması və s. yaxşı qurulmuşdu. Həccə gedənlər arasında yaşlı insanlar üstünlük təşkil etdiyindən təhülksəizlik tədbirlərinə daha çox diqqət ayrıldı. Əvvəlki illərə nisbətən qrip, digər infeksion xəstəliklərə çox az təsadüf edildi. Mütəmadi olaraq, zəvvarların çay, su, kofe verilməsi yaxşı qarşılandı”. 

  • Qarayev bildirib ki, şeytan daşlama zamanı atılan daşlar pulla satılmır:

“Ziyarətdə tənzimləyici, cavabdeh şəxslər var. Onlar kütləyə müraciətdə yüksək səs tonu ilə danışmalı olurlar. Məsələn, nəzarətçilər “yol verin!”, “çəkilin!”, uyğun olmayan yerdə namaz qılanlara “olmaz!” deyə səsini yüksəldəndə zəvvarlar narazılıq edirlər ki, bizə qışqırdılar, aşağıladılar, sərt rəftar etdilər. Amma bu həqiqəti əks etdirmir. Orada görəvli olan ərəblər sadəcə öz işlərini yerinə yetirirlər.

Şeytana daş atmaq üçün də pul tələb olunmur. Şeytana atılan daş əsla pulla satılmaz. Daşları toplamaq üçün xüsusi yer var. Zəvvarlar özüləri üçün daş yığırlar. Əslində 49 daş atıılmalıdır, biz zəvvarlara 70-ə qədər daş yığdırırırıq ki, düşüb, itənlər olanda əlavə istifadə edilsin”. 

Əksər zəvvarların bütün ayinlərin icrasında iştirak etdiyini vurğulayan imamın sözlərinə görə, bəzi yaşlı insanlar ziyarətdə çətinlik çəkirlər:

“Çətinlik çəkən zəvvarlar könüllü şəkildə bəzi dini ayinlərin icrasına qatılmaya bilirlər”. 

  • Qarayev ilk dəfə ziyarətə gedəcək zəvvarlar üçün tövsiyələrini də əlavə edib:

“Zəvvarlar əvvəlcədən araşdırıb, maraqlanıb məlumatlansınlar. Düzdür, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslar təşkil edilir. Amma çoxları oradakı məlumatlandırmalara başdansovdu yanaşır. Həcc ziyarətinə gedəcək insan ən azı 2-3 il özünü hazırlamalıdır ki, səfəri rahat, təhlükəsiz başa vursun. Zəvvarlar anlamalıdırlar ki, bir əməli pozursansa, Həccin batil ola bilər. Çoxluq buna diqqət etmir”.




Ana səhifəyə qayıt        Baxış: 43          Tarix: 28-08-2019, 17:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent