Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən oktyabrın 5-nə qədər Ermənistanda irimiqyaslı hərbi təlimlər keçiriləcək.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi hərbi təlimlərin bütün ölkəni əhatə edəcəyi, hər bir ölkə vətəndaşının bu təlimlərin təsirini gündəlik yaşamında hiss edəcəyini bildirib.

Ermənistandakı təlimlərlə bağlı diqqət çəkən başlıca məqam isə bu təlimlərdə bütün qoşun növlərinin tam tərkibdə iştirakı ilə bağlıdır. Daha bir maraqlı məqam isə ehtiyata buraxılan bütün şəxslərin hərbi təlimləri üçün ordu sıralarına çağırılacağından ibarətdir. Belə ki, Silahlı Qüvvələrdən ehtiyata buraxılan bütün şəxslərin keçiriləcək səfərbərlik əsnasında ordu sıralarına çağırılması və onların da bu təlimlərdə iştirakı gözlənilir.

Erməni hərbi komandanlığı elan edib ki, “ümumxalq təlimləri”nin keçirilməsində məqsəd müharibə olacağı təqdirdə bütün ölkənin vahid mexanizm kimi dəqiq fəaliyyətini təmin etmək, hər hansı çaşğınlıq və yanlış qərarların qəbulunu önləməkdir.




Ana səhifəyə qayıt        Baxış: 43          Tarix: 17-09-2019, 12:04      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent