Xəbər lenti

 

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.

Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib. Onlar şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edirlər.




Ana səhifəyə qayıt        Baxış: 479          Tarix: 3-10-2019, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma