Xəbər lenti

 

Bu gün  Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin inzibati binasında "Donor günü” aksiyası keçirilib.

 

Medicina.az xəbər verir ki, bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.

 

 

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan təhlili götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

 

 

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.










Ana səhifəyə qayıt        Baxış: 233          Tarix: 25-10-2019, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma