Xəbər lenti

 

Bir çox şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Bu isə şadlıq sarayı yaxınlığında yaşayan sakinlərin narahatçılığına səbəb olur. Əslində bu qanunla qadağan edilsə də bu hal demək olar ki hər gün təkrarlanır.

Toydan sonra edilən atəşfəşanlıqın səsi qulaq batırır. Bu hal dəqiqələrlə, hətta yarım saata qədər davam edir.

Toydan sonra edilən atəşfəşanlıq bəzi toy sahiblərinə xoş gəlsədə, həmin restoranların yaxınlıqında yaşayan sakinlərin narahatlıqına səbəb olur. Üstəlik bu hal demək olar ki, hər gün həm də adətən gecə saat 12 dən sonra baş verdiyindən insanların istirahəti pozulur.

Şadlıq saraylarından isə bildirilir ki, adətən toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlıqı restoran ərazisindən kənardan edirlər.

Hüquqşünaslar isə bu halın inzibati xətalar məcəlləsinin 521 maddəsi ilə qadağan edildiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirir.

Qanunla qadağan edildiyi halda bu hal demək olar ki hər gün təkrarlanırsa deməli müvafiq qurumlar qanuna nəzarət gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir. 




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 28-08-2017, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma