Xəbər lenti

"Qarabağ" - "Roma" oyunu portuqaliyalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" - "Roma" oyununu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Publika.az xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın baş hakimi Artur Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.




Ana səhifəyə qayıt        Baxış: 747          Tarix: 25-09-2017, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma