Xəbər lenti

 

Bu gün Azərbaycan çempionatının  1-ci divizionun püşkatma mərasimi keçirilib.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, 2017/18 mövsümünün püşkü atılıb. Tədbirdə PFL prezidenti Ramin Musayev jurnalistlərə növbəti mövsüm divizionla bağlı məlumatlar verib:

"Bu il 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq. Reqlamentə görə 1-ci dövrədəki püşkdəki qarşılaşmalar 3-cü dövrədə də təkrarlanacaq. Limitə bağlı onu deyə bilərə ki, 6 yerli, 2 legioner, 3 nəfər isə 21 yaşa kimi futbolçu çıxış edə bilər. Ötən il UEFA-dan məktublar aldıq. Bütün komandaların adı oyun-alqı satqısında hallanmışdı. Amma bu il elə olmayacaq. Hər oyuna nümayəndəmiz göndəriləcək. Danışıqların olduğu bəlli olsa, komandalar cəzalanacaq və oyunun nəticəsi ləğv ediləcək. Milli Məclisdə qərar qəbul edilib. Həmin klub rəhbərləri cinayət məsuliyyəti daşıyacaq və həbs ediləcək. Əgər bir də ölkənin adı UEFA-da oyun-alqı satqısına düşsə, 1 komandamız avrokuboklardan uzaqlaşdırıla bilər. Bu isə hamımız üçün ləkədir. Ona görə də diqqətli olun. Hüquq-mühafizə orqanları ilə danışıqlarımız olub. İlk məsuliyyəti klub rəhbəri daşıyacaq".

Musayev "Bakılı"nın çemionatdan uzaqlaşdırılmasına da münasibər bildirib: "Bakılı" klubunun prezidenti Misir Əbilov müracət edib, divizionda iştirak etmək istəyib. Səbəb kimi ölkədə az olduğunu göstərib. Dedi ki, özüm burada olmayacağamsa, istəmirəm ki, çempionata da komanda buraxım".

Musayev növbəti mövsüm Premyer Liqaya diviziondan 4 komandanın yüksələcəyini bildirib: "Növbəti il, elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq komandalar Premyer Liqada iştirak edə biləcək". 




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 25-09-2017, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma