Xəbər lenti

Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğu üçün heyətdən çıxarılıb. 

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib. 

Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək. 




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 4-10-2017, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma